Merkel: “Avropa İttifaqı qeyri-leqal miqrasiyanı dayandırmaq niyyətindədir”

 
Avropa İttifaqı qeyri-leqal miqrasiyanı dayandırmaq yaxud ciddi şəkildə azaltmaq niyyətindədir.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyada səfərdə olan Almaniya kansleri Angela Merkel bildirib.
 
Merkel həmçinin vurğulayıb ki, hazırda səs-küylü bəyanatların və Avropa sazişlərinə dəyişiklik edilməsinin zamanı deyil: “Hesab edirəm ki, Bratislava fəal işlərin görülməsi üçün bir başlanğıcdır. Hazırda hər hansı bəyanat vermək, müqavilələri dəyişməkdən söhbət getmir”.