Meqrabyan: “Kreml Ermənistan vasitəsilə…”

 
 
Kremlin Ermənistanı özünün Cənubi Qafqazda hərbi siyasi mövcudluğunu genişləndirmək üçün plasdarma çevirmək cəhdi İrəvanla yanaşı bütün region üçün təhdid yaradır.
 
Axar.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində erməni politoloq Ruben Meqrabyan söyləyib. Onun sözlərinə görə, vahid ordu birləşmələri haqqında müqavilə Moskvanın Gürcüstanla NATO münasibətlərinin gücləndirilməsinə cavabdır:
 
“Bu, Ermənistanın suverenliyi hesabına edilir və ona görə də ölkənin təhlükəsizliyini təhdid altında qoyur. Bundan həmçinin bütün Cənubi Qafqazın da təhlükəsizliyi asılıdır. İstənilən halda mövcud müqavilə Gürcüstanla münasibətlərdə müəyyən gərginlik yaradacaq. Kreml faktiki olaraq Brejnev doktrinasını reallaşdırır. Yəni qonşu ölkələrin suverenliyini məhdudlaşdıraraq onları bufer zonaya və öz aqressiv siyasətinin həyata keçirilməsi üçün plasdarma çevirir. Ermənistanda son hakimiyyət dəyişikliyi təkcə xalqın hökumətə qarşı inamının ölməsi fonunda yox, həm Rusiyaya inamın kəskin itməsi ilə əlaqədar oldu. Bu müqavilənin reallaşdırılması, hakim Respublika Partiyasının mövqelərinə də zərbə vuracaq. Qarabağ savaşı həmçinin erməni ictimaiyyətində əsrlərlə davam edən Rusiya-Ermənistan dostluğu mifinə ciddi zərbə oldu. Rusiya çalışır ki, Ermənistan dövlətini tabe edib, ondan Rusiya imperiyasının Ermənistan quberniyası yaratsın”.