​Mehman Hüseynovun tutulmasının səbəbi məlum oldu

 
Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.
Gununsesi.info-nun məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edilir. O hazırda Nəsimi rayon məhkəməsindədir. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində qərar veriləcək.
Bu maddə üzrə ittiham olunan şəxsin təqsiri sübuta yetirilərsə, onu 200 manat cərimə və ya 1 ayadək inzibati həbs cəzası gözləyir.