Mehman Hüseynov Səlim Müslümovu sual atəşinə tutdu

 
“Bu villaları hansı pullarla tikmisən?”
 
Gənc bloger Mehman Hüseynovun Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni tikdirdiyi 5 mərtəbəli villasından çəkdiyi reportaj sosial şəbəkədə və mediada görünməmiş rezonans doğurub. Bu gün Mehman Hüseynov öz üslubunda mövzu ilə bağlı yeni yazı paylaşıb. Yazını cüzi ixtisarla təqdim edirik:
 
Ləzzət eliyir də bizim məmurları bu vəziyyətə gətirib çıxardanda. Bu soyuq havada evdə oturub, kofemi içib AzTV-yə baxıb gülürəm.
 
Dünən sosial şəbəkələrdə Sosial Mufadiə naziri Səlim Müslümovun mülkləri və onun gördüyü işlər barədə reportaj yaymışdım. Elə bir neçə saatdan sonra P”aztv” həmin naziri efirə çıxardıb, camaatın ürəyini yumuşaldmaq üçün nazirdən hesabat alırlar. Nazir də yazıq sifət alıb xalqa hesabat verir il ərzində nə işlər görüb….
 
Bunlar belədi də… ictimai qınaq olanda qorxularından tez efirə çıxıb camaatın konlünü alırlar, camaata hesabat verirlər…
 
Nazir Səlim Müslümov da elə dayanmadan basıb bağlayır e, ay inkişaf belədi, ay nə bilim bizim sosial durumumuz dünyada ən yaxşısı sayılır.
 
Ay cənab nazir efirdə boş-boş yalan danışmaqdansa, sən açıqlama ver xalqa, o əldə etdiyin villaları hansı pullarla tikmisən? Sən açıqlama ver, niyə aylardı camaat sosial muavinat ala bilmir? Sən açıqlama ver, niyə babalarımızın, nənələrimizin pensiyaları geçikdirilir? Sən açıqlama ver, niyə əlil vətəndaşlarımız, şəhid ailələrimiz aylardı sənin qəbuluna düşə bilmir? Bunlardan danış, efirdə saxta inkişafdan basıb bağlamaq lazım deyil, onsuz da camaat bu nağıllara artıq inanmır!
 
Odur ki, işimizə mütləq davam etməliyik. Məmurlar artıq qorxuya düşüblər, oturublar indi lomkada, efirdə deyirlər ki sosial şəbəkələr bunlara zərbə vurur. Bəli düz deyirlər, çünki illərdi xalqdan oğurladığı pulları, aldıqları mülkləri, biznes şəbəkələrini gizlədirdilər. Özlərini mələk kimi aparırdılar. Bütün televiziyaları, bir çox qazetləri, saytları pul ilə susdurublar, elə biliblər kef edəcəklər. Amma unudublar ki, biz varıq. Çəkirik, araşdırırıq, xalqa göstəririk sizin əsl simalarınızı!

Загрузка...
Загрузка...