​Medvedyevin aldığı hədiyyə İsraili qarışdırdı

 
 
İsrailin Kənd Təsərrüfatı naziri Uri Ariel Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyevə pilotsuz vertolyot hədiyyə edib.
 
Axar.az xəbər verir ki, qiyməti 50 min dollar olan bu aparatın Medvedyevə hədiyyə olunması nazir Arielin karyerasını təhlükə altına atıb.
 
Belə ki, o, hökumət malını israf etməkdə ittiham olunur.
 
Bununla yanaşı, İsraildə olan ABŞ səfirliyi sözügedən hədiyyədən narazılığını bildirib.
 
ABŞ-ın və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalara əsasən isə NATO hərbi aparatının Rusiya Federasiyası ərazisinə aparılması qadağandır.