Medvedyev: “Qarabağ münaqişəsi dondurulmalıdır”

Dağlıq Qarabağı tez-tələsik insan həyatı hesabına həll etməkdənsə, ən yaxşısı donmuş vəziyyətdə saxlamaqdır.
Turaninfo.az  Axar.az-a istinadən  xəbər verir ki, bunu “Vesti subbota” proqramına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev söyləyib.
 Onun sözlərinə görə, bu konfliktin həlli ilə bağlı istənilən təklif kimlərisə razı salmayacaq.
 O, İrəvan və Bakıda Qarabağı geniş müzakirə etdiyini də bildirib:
 “Hər kəs konfliktin həll olunmasını, situasiyanın dəyişməsini istəyir. Bir çox siyasətçi bunu gələcək nəsillər qarşısında borc kimi görür. Yəni gələcək nəsillər dondurulmuş yox, həll edilmiş konflikt vermək lazımdır”.