Medvedev “Onlara “türklər gəlir, siz gedin” deməyəcəyik”

"Türkiyəyə tətbiq edilən sanksiyalar zamanı bir çox ölkələrin şirkətləri Rusiyada iş qurdular. Xoş niyyətlə ölkəmizə gələnlərə "türk şirkətlər gəldi, siz gedin" deməyəcəyik. Hər şey olduğu kimi davam edəcək".
 Teleqraf.com xəbər verir ki, bunu "Rossiya 24" televiziyasında yayımlanan "Cümə axşamı xəbərləri" proqramının qonağı olan baş nazir Dmitri Medvedev Rusiya-Türkiyə münasibətləri haqda danışarkən bildirib.
 Onun sözlərinə görə, Ankara ilə bütün istiqamətlərdə müzakirələr aparılacaq: "Viza məsələlərində tutmuş siyasi və iqtisadi əməkdaşlıq məsələlərinə qədər bir çox sahələrdə müzakirələr aparacağıq. Vətəndaşlarımızın bu yay Türkiyəyə səfər etmək imkanları dəyərləndirilməlidir. Çünki Türkiyədə təhlükəsizlik məsələlərinin gücləndirilməsi vacibdir. Artıq bir neçə dəfədir ki, Türkiyə terror hücumuna məruz qalır".