Medvedev Bakıya gəlir

Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin mətbuat katibi Nataliya Timakova bildirib.
 Onun sözlərinə görə, Rusiya baş nazirinin aprelin 7-də Ermənistana səfəri baş tutacaq: "Ermənistan səfərinin sonunda Dmitri Medevedevin Azərbaycana səfəri razılaşdırılıb. Bakıya səfər aprelin 8-də olacaq".