“Medianı bu məsələdə ittiham etməyi doğru hesab etmirəm”

Mehman Əliyev: “Əgər dövlət qurumları media ilə normal işləsəydi...”
 
 
Son günlər ölkə mediasında yaxın günlərdə qiymətlərin artacağı ilə bağlı müxtəlif informasiyaalr dolaşmaqdadır.”Qiymət artımına hazır olun”, “Dekabrda qiymətlər artacaq”, “Gediş haqları qalxır” və s. kimi başlıqlarla ictimaiyyətə çatdırılan bu kimi məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Maraqlıdır, heç bir rəsmi mənbəyə istinad etməyən bu cür infomasiyaları hədsiz əminliklə ictimai dövriyyəyə buraxmaq nə dərəcədə doğrudur? Medianın ictimai narahatlıq doğuran bu kimi məsələlərə bir qədər həssas yanaşması daha doğru olmazmı?
 
Moderator.az -a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu məsələdə medianı ittiham etməyin doğru olmadığını bildirib:
 
“İş ondadır ki, bu kimi məsələlərdə daha çox hökumət diqqətli olmalıdır. Bu günə qədər baş verən olaylar göstərir ki, Azərbaycanda qiymət artımı müzakirəsiz, kimsənin xəbəri olmadan baş verir. Bununla bağlı nə hökumətdə, nə parlamentdə müzakirə aparılmır. Hər şey gözlənilməz şəkildə  baş verir. Hökumətin informasiya siyasətində ciddi problemlər var və bu, yeni problem deyil. Cəmiyyətlə normal informasiya mübadiləsi qurulmayıb. Ona görə də belə mülahizələr, ehtimallar ortaya çıxır. Ona görə də bu məsələdə medianı günahlandırmaq düzgün deyil. Əgər dövlət qurumları media ilə normal işləsəydi, o zaman qeyri-dəqiq informasiyaların yayılması halı da kəskin şəkildə azalardı”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...