Mediada daha bir maaş qalmaqalı - Sayt rəhbəri danışdı

 
Bir neçə aydır ki, televiziya və saytlarla bağlı maaş qalmaqalı səngimir.
 
Missiya.az xəbər verir ki, maaş qalmaqalları sırasına daha biri əlavə olub. Bir müddət əvvəl fəaliyyəti dayandırılan Admiral.az saytının əməkdaşları maaşlarını ala bilmirlər.
 
Əməkdəşların missiya.az-a verdiyi məlumata görə, sayt rəhbəri Vüsal Musayev onların maaşını müxtəlif bəhanələr gətirərək verməkdən yayınır.
 
Saytda çalışan Elçin Bayaramov, Nərgiz Əzizova, Səbinə Pirverdiyeva, Fəridə Əliyeva, Ülvi İmanov, Susanə Nəsirova, Saməddin Mehralıyev, Mirəli Ağayev, Rüfət Kərimov, Rəsul Qasımov kimi işçilər bir neçə aydır ki, maaşlarını ala bilmirlər.
 
Məsələ ilə bağlı bağlanan Admiral.az saytının rəhbəri ilə əlaqə saxladıq. Vüsal Musayev açıqlamasında maaşların gecikməsi ilə bağlı məlumatı təsdiqlədi. «Mən işçilərin maaşını ödəməkdən imtina etmirəm. Şirkət mənimdir. Hazırda şirkətdə maliyyə böhranı yaşandığı üçün maaşları vermə bilmirəm. Hər bir əməkdaşla danışılıb ki, səbirli olsunlar maaşları veriləcək. Artıq maaşlar hissə-hissə ödənilir. Ümumi hesabladıqda ortada külli miqdara puldan söhbət getmir»,-deyə sayt rəhbəri bildirib.
 
Vüsal Musayev - Admiral.az saytının rəhbəri
 
Vüsal Musayev maaşların verilməsi ilə bağlı konkret vaxt demədi. Admiral.az saytının keçmiş əməkdaşları isə maaşlarının verilməməsinə etiraz olaraq sosial şəbəkələrdə statuslar paylaşıblar.
 
Həmçinin tanınmış jurnalistlər də işçilərinin maaşının verilməməsinə etiraz səslərini qaldırıblar. Onlar da işçilərə dəstək məqsədi ilə sosial şəbəkələrdə statuslar yazıblar.
 
Yəqin ki, məsələnin ictimailəşməsi sayt rəhbərliyini hərəkətə keçirər.