Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Bakı Dövlət Unversitetində təqdimat tədbiri keçirdi-Fotolar

 
Bu gün, Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" adlı layihə çərçivəsində növbəti təqdimat tədbirini Bakı Dövlət Unversitetində keçirdi.
Layihə rəhbəri, MTİM İB sədri Səidə Bahadur qızı və ekspert politoloq Taleh Əliyev çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə fəal olan Unversitet tələbələri saytın digər dillərə tətcümə olunması işində könüllü olaraq dəstək ola biləcəklərini bildirdilər.
Xatırladaq ki, layihə çərçivəsində Ermənistanda yerləşən Azərbaycanın məhv edilmiş və ya məhv olma təhlükəsi ilə üz-üzə olan tarixi abidələr haqqında Azərbaycan və dünya ictimayyətinə məlumat vermək üçün azərbaycan və ingilis dillərində westazerbaijan.info saytı və facebook sosial şəbəkəsində “Qərbi Azərbaycan” adlı səhifəsi yaradılıb.
Saytın təqdimatının Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra ali və orta ixtisas məktəblərində keçirilməsi nəzərdə tutulub. Bu qəbildən olan öncəki təqdimat tədbirləri Azərbaycan Memarlıq və İnşaat Unversitetində, Sumqayıt Dövlət Texniki Kollecində və Sumqayıt Dövlət Unversitetində keçrilmişdi.