Mədinədə Peyğəmbər Məscidində güclü partlayışlar, ölənlər var-Video

Peyğəmbər Məscidi yanındakı partlayışda ölənlərin ilkin sayı
 
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül Nəbi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.
 
Məlumata görə,  bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.
 
Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsini baş verib. Kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir./anspress/