​Məcburi köçkünlərin kommunal xərcləri necə həll ediləcək? - Deputatdan təklif

 
"Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər"
 
Bu təkliflə millət vəkili Çingiz Qənizadə çıxış edib(APA).
 
Qeyd edək ki, 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə müvafiq güzəştlərin tətbiqinə başlanılıb, onlar kommunal xidmətlərdən azad edilib və aylıq yemək xərci ilə təmin olunublar. Sonrakı illərdə bu kateqoriyaya aid insanların problemlərinin kompleks şəkildə həlli, habelə müxtəlif güzəştlər vasitəsilə onların maliyyə yükünün azaldılması üçün zəruri tədbirlər davam etdirilib.
 
Azərbaycan prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi qərara alındı. Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriyanın istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.
 
Nazirlər Kabinetinin Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında 2005-ci il 23 iyun tarixli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50k V/saat, 2002-ci il 22 yanvar tarixli qərarına əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kV/saat təsdiq edilib.

Загрузка...
Загрузка...