Məcburi köçkündən dünən təyin olunan İcra başçısına sərt ittihamlar - təfsilat

Məcburi köçkündən dünən təyin olunan İcra başçısına sərt ittihamlar“Aqil Nəzərli problemlərimiz ilə maraqlanmır”
Laçın rayonundan Ağbulaq kənd sakini İsayeva Səyyarə Kərəm qızı Politika.Az xəbər portalı vasitəsi ilə millət vəkili xanım Mehriban Əliyevaya müraciət edib. Müraciətin aktuallığını nəzərə alıb, olduğu kimi yayımlayırıq:
Yazıb sizə bildirirəm ki,1992-ci ilin may ayında məlum səbəblərə görə doğma yurd-yuvamızı tərk edib Ağcabədi rayonuna pənah gətirdik. Hal-hazırda həmin ərazidə yaşıyırıq.
Ailəmiz 5 (beş) nəfərdən ibarətdir. Mən İsayeva Səyyarə Kərəm qızı ikinci qrup gözdən əliləm. Həyat yoldaşim İsayev Hilal ikinci qrup əlil. Baldızım İsayeva Validə ikinci qrup əlil, anadangəlmə lal və kar. İki azyaşlı övladım mekteblidir. Ailə vəziyyətimiz həddindən artıq ağırdır. 24 ildir ki, qaçqınlıq heyatı yaşıyırıq. Bu vaxta kimi evlə təmin olunmamışıq.
Ailə vəziyyətimiz çox ağırdır, zülümlə yaşıyırıq. Bu gün hər birimiz başa düşürük ki, ölkəmizdə 1milyona yaxın qaçqın və məcburi köçkün var. Bunların problemlərini bir dəfəlik yox, ancaq tədricən həll etmək mümkündür. Laçın rayon icra hakimiyyətinin başcısı Aqil Nəzərli cənabları başda olmaqla, bütün rayon ictimayəti vəziyyəti ağır olan ən aşağı səviyyəli yaşayan insanların probləmləri ilə dərindən marqlanmırlar.
İndiki bazar iqtisadiyyatı dövründə dövlət tərəfindən bizə verilən məvacib müasir dövrün tələblərinə cavab vermir. Ən dəhşətlisi odur ki,bu gün ən aşağı həddə olan iş xadiməçilikdir. Vəziyyət o həddə çatıb ki, 2016-ci ilin 1 yanvarında süpürgəmi də əlimdən aldılar. Dəfələrlə həyat yoldaşım İsayev Hilal Laçın rayon icra hakimiyyətini qəbuluna getsə də onu qəbul edən, dərdini dinləyən olmayıb.
Hörmətli Mehriban xanım!
İşsizlik, səfalət ailəmizi ağır günlərə aparır. Hüquqlarımız pozulur, məcburiyyət qarşısında qalıb Sizi müraciət edirik. Sizdən acizanə xahiş edirik, qanun çərçivəsində hüquqlarımızı pozan Laçın rayon məmurları haqqında tədbir görəsiniz.