Masallıda pensiyaçılar etiraza çıxdı, yol bağlandı- Video

 
Masallı şəhərində pensiya alanların “Kapitalbank”ınbankomatlarından pul çəkə bilməməsi narazılığa səbəb olub. Musavat.com Cenubnews.com internet portalına istinadən xəbər verir ki, bu səbəbdən etirazçılar bankın rayon mərkəzindəki bölməsi qarşısında yolu bağlayıblar.
 
Sakinlərin sözlərinə görə, əsas narazılıq rayon üzrə“Kapitalbank”ın cəmi 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır.Nəticədə insanlar günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən, bankomatlarda lazımı məbləğdə pul olmur ki, bu da əhalinin narazılığını daha da artırır. Halbuki, sakinlərdən xəstəsi olan da var, dərman alınmalıdır, amma pul yoxdur.
 
Məlumata görə, yol bağlandıqdan sonra əraziyə polis əməkdaşları cəlb edilib.Bir neçə nəfər saxlanılsada, sonradan onların sərbəst buraxıldıqları deyilir.