Maşallah Əhmədova 9 il cəza istənildi

 
Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
 
Turaninfo.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror M.Əhmədova cəza istəyib.
 
Prokuror M.Əgmədovun törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmənin növbəti iclasında M.Əhmədov son söz deyəcək, onun vəkili isə müdafiə çıxışı edəcək.
 
Qeyd edək ki, M.Əhmədov Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib və sözünə əməl etməyib.
 
Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Загрузка...
Загрузка...