Martirosyanlar ailəsi Azərbaycanı tərk etməyə hazırlaşır

“Vahan Martirosyan da, ailəsi də yaxşıdır. Onun nə səhəti, nə də psixoloji durumunda problem yoxdur.”
Bu sözləri hafta.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi onu da bildirib ki, Martirosiyanlar ailəsi yaxın günlərdə Azərbaycanı tərk edəcəklər: “Yaxın günlərdə onlar üçüncü ölkəyə gedəcəklər”.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan ötən il Azərbaycana gələrək ölkəmizdən siyasi sığınacaq istəmişdi. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.