​“Martıların Efendisi” filminin qala gecəsi baş tutdu – FOTO/VİDEO

Baxış sayı: 
150

Dünən baş rollarda Məmməd Günsür və Bige Önalın oynadığı "Martıların Efendisi” filminin qalası baş tutub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məmməd Günsür canlandırdığı obrazı çox sevdiyini deyib.
Ekran işində Məmməd Günsür və Bige Önalla yanaşı, Timuçin Esen, Nejat İşlər, Barış Yıldız, Hakan Kurtaş, Ezgi Coşkun və başqaları çəkilib. Layihənin rejissoru Məmməd Ada Öztekin, prodüseri Erol Avcı, ssenari müəllifi isə Meriç Demiraydır.
Təqdimat mərasimində filmin yaradıcı heyəti, həmçinin Bestemsu Özdemir, Yiğit Özşener, Türkü Turan, Tolga Sarıtaş, Sarp Akkaya, Şükrü Özyıldız, Sema Öztürk və başqa kino ulduzları da iştirak edib.
Nümayiş öncəsi mətbuat nümayəndələrinin qarşısına çıxan rejissor və aktyorlar duyğularını paylaşıb. Məmməd Ada Öztekin "Bu layihənin üzun illərdir işləyirəm. Çox çalışmışam. Biz çox sevdik, ümidvaram ki, siz də sevərsiniz" deyib.
Tərəf müqabili Məmməd Günsürlə erotik səhnələrə çəkilən Bige Önal təəssüratlarını belə ifadə edib: "Sehrli anlar yaşamışıq. Ümid edirəm ki, bizi həyəcanlandırdığı qədər, tamaşaçıları da həyəcanlandıracaq".
Nejat İşlər isə filmlə bağlı suallara qısa cavab verib: “Ayıq idim, xatırlamıram!"
Bige Önal qalaya filmdə qonaq aktyor kimi çəkilən sevgilisi Aras Bulud İynemliyle iştirak edib. Aktrisanın sözügedən filmdə Məmməd Günsürlə sevişmə səhnələrindən dolayı sevgilisiylə ayrıldığı deyilsə də, əl-ələ tutub fotoqraflara poza verən cütlük iddiaları təkzib edib.
Qalaya yalnız qatılan Bestemsu Özdəmir isə sevgilisi Can Yamandan ayrıldığını bildirib.

Загрузка...
Загрузка...