​Martda Kiyev tamamilə MƏHV EDİLƏCƏK - ŞOK SSENARİ - VİDEO

“Martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacaq və Ukraynanın bütün ordusu məhv ediləcək”.
Publika.az xəbər verir ki, belə vədlə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında çıxış edib.
Donbasın reinteqrasiyası haqqında qanunun Ukrayna Ali Radasında qəbuluna sərt reaksiya verən Jirinovski hətta Kursk döyüşünün tarixini təkrarlamaq niyyətini ifadə edib və mümkün ssenarini açıqlayıb.
 
 
“Nə etmək lazımdır? Onların hamısını, Kiyevdəki bütün rejimi məhv etmək lazımdır. Fevralın 23-də, Kursk döyüşü kimi. Onlar səhər saat 7-də hücuma başlamaq istəyirdilər. Kəşfiyyat Donbasın nə vaxt bombalanacağı barədə məlumat verəcək. Bombardmana iki saat qalmış Ukraynanın bütün hərbi hissələri tamamilə məhv edilməli və yandırılmalıdır. Hər şey- kazarmalar, hərbi şəhərciklər və təyyarələr. Və xüsusi təyinatlı dəstə Kiyevə enir, Poroşenko həbs edilir. Və problem başa çatır”, - Jirinovski deyib.
Qalmaqallı siyasətçi həmçinin əlavə edib ki, prezident seçkilərində qələbə qazanarsa, bu ssenarini reallaşdıracaq:
“İndi deyirəm: martın 18-də seçkilərə qalib gəlsəm, martın 20-də Kiyevin üzərində rus bayrağı olacaq. Hər şey birdəfəlik və həmişəlik bitiriləcək”.
Jirinovski daha əvək “KremlTV”nin efirində bildirib ki, Ukraynanın taleyi həll edilib və onun yarısı Rusiya tərəfindən tutulacaq.
 

Загрузка...
Загрузка...