Marqanisin apteklərdən yoxa çıxmasının səbəbi... - FOTO

Elmi adı kalium-permanqanat olan marqanislə biz lap uşaqlıqdan tanışıq: Bütün nənələr və analar bilir ki, marqanis vannası körpələrdə  göbək yarasının sağalmasına kömək edir və suyu dezinfeksiya edir.
 Marqanisdən  yaraların təmizlənməsi (Bəzi mütəxəssislər yoddan deyil, məhz marqanisdən istifadəni təkid edirlər) üçün də istifadə olunur.
Yüngül qatışığından zəhərlənmə zamanı mədəni yumaq üçün, xəstələnəndə isə boğazı qarqara etmək üçün istifadə olunurdu.
 Əgər bir neçə il öncə bu məhlulu istənilən aptekdə tapmaq mümkün olurdusa, bu gün kalium permanqanatı  praktik olaraq tapmaq mümkün deyil. Bəs bunun səbəbi nədir?
FaktXeber.com-un bununla bağlı araşdırmasını təqdim edirik.
 Məlum olub ki, bunun bir neçə səbəbi var.
 Birincisi bu preparatdan  bəzi narkotik vasitələrin, məsələn «vint»in hazırlanmasında istifadə olunur.
 Bu narkotikin necə hazırlanmasını çox az adam bilir. Lakin marqanisin  narkotik hazırlayarkən güclü katalizator olduğu, hətta məktəblilərə də məlumdur.
 İkinci səbəb təhlükəsizlik tədbirləri ilə bağlıdır: maddə partlayıcılıq xüsusiyyətinə malikdir. Bütün apteklər  marqanis satmaq üçün uyğun şəraitlə təmin olunmayıb.
Onun saxlanılması üçün aptek müəssisəsi ya metal qalxanlara və qapı çərçivələri ilə bölünməli, ya da xüsusi oda davamlı maddə ilə hopdurulmuş olmalıdır.
 Bu cür tibbi avadanlıqların vitirinə qoyulması qadağandır.
 Bundan başqa bəzi insanlar bu maddənin köməyi ilə özlərinin və başqalarının həyatına təhlükə yarada bilərlər.
 Ancaq, ümumiyyətlə apteklərdə bu maddəyə ciddi nəzarət olunmasına səbəb kimi əsasən birinci variant əsas götürülür.
 Qeyd edək ki, Ukrayna və Belorusiya kimi ölkələrdə isə bu maddənin satışı ümumiyyətlə qanunla qadağan olunub.
Bu səbəbdən bəzi xarici ölkələrdə gömrükdə insanın üstündən bu maddənin tapılması narkotik qaçaqmalçılığı  kimi qeydiyyata salınmaqla nəticələnə bilər.