Maraqlı məlumat əldə etməyin qısa yolu

Məlumatlar əyləndirici deyil, maarifləndirici xarakter daşıyır
 
 
Təqdim etdiyimiz məlumatlar əyləndirici deyil, maarifləndirici xarakter daşıyır:
 
Hazırda ölkələrin əksəriyyəti tərəfindən istifadə edilən Qriqorian təqvimi 1582-ci ildə papa XIII Qriqori tərəfindən tətbiq edilib.
 
 
 
1978-ci il martın 1-də Çarlz Çaplinin  dəfnindən iki ay sonra cəsədinin olduğu tabut fidyə almaq məqsədilə yerdən çıxarılaraq oğurlanıb. Polis cinayətkarları ələ keçirib və 1978-ci il mayın 17-də aktyorun cəsədi 6 fut (1,8 metr) beton altında yenidən dəfn edilib. Buna səbəb yenidən oğurluq cəhdinin qarşısını almaq olub.
 
 
 
Qaydalara əsasən, standart futbol qapısının eni 7 metr 32 sm, hündürlüyü isə 2 metr 44 sm olmalıdır. Bizlər üçün bu çətin olsa da, ingiltərəlilər üçün olduqca asandır: 8 yard en və 8 fut hündürlük.
 
 
 
İstanbul dünyanın eyni zamanda iki qitəsində (Avropa və Asiya) yerləşən azsaylı şəhərlərindən biridir. Tarixi ərzində 10 Roma, 82 Bizans imperatoru və 30 Osmanlı sultanının iqamətgahı olub.
 
 
 
Hitler Almaniya vətəndaşlığını yalnız 1932-ci ildə, baş nazir olmazdan əvvəl alıb. Buna qədər Avstriya vətəndaşı olub, 1925-1933-cü illərdə isə ümumiyyətlə vətəndaşlığa malik olmayıb. Beləliklə Hitler cəmi 13 il (1932-1945) almaniyalı olub.
 
 
 
 “Begemot” sözü “çay atı” mənasını ifadə edir.
 
 
 
Bir çoxlarının sevdiyi çipslər ilk dəfə 1853-cü il avqustun 24-də ABŞ-ın “Moon Lake Lodge” otelində təqdim edilib. Çips kartof dilimlərinin çox qalın olduğu və yaxşı qızardılmadığından şikayətlənən müştərini lağa qoymaq üçün şef-aşbaz Corc Kram tərəfindən hazırlanıb.
 
 
 
Böyük Çin səddinin ümumi uzunluğu 8851,8 km-dir, bu, Yer ekvatorunun uzunluğunun beşdə bir hissəsindən çoxunu təşkil edir.
 
 
 
Fars dilindən tərcümədə İran sözünün mənası “Arilən ölkəsi”dir.
 
 
 
Venera və Merkuri Günəş sisteminin təbii peykləri olmayan yeganə planetləridir.
 
 
 
ABŞ-ın əsası 1776-cı ildə öz müstəqilliklərini bəyan edən 13 Britaniya koloniyasının birləşməsi əsasında qoyulub. 13 rəqəmi ABŞ gerbində geniş əks olunub: qartalın başı üzərində 13 ulduz yer alır. Bundan başqa qartal sol caynağında 13 oxu tutur, sağda isə üzərində 13 yarpaq və 13 giləmeyvə olan zeytun budağı yer alır. ABŞ bayrağındakı qırmızı və ağ zolaqların sayı da 13-dür.