Maqsud İbrahimbəyovla vida mərasimi başlayıb

Vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.
Maqsud İbrahimbəyov I Fəxri xiyabanda dəfn edilib
Xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib. Maqsud İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.  APA-nın məlumatına görə, dəfn mərasimində mərhumun yaxınları, həmkarları, ctimaiyyət nümayəndələri iştirak edib.
Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimini giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar açıb. O bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Biz 56 il bundan qabaq Maqsudla tanış olmuşuq. Birlikdə ssenari kurslarını bitirmişik. Amerikadan Çinə qədər səfərlərdə olmuşuq. Maqsud “60-cılar” nəslinin layiqli nümayəndələrində idi. Artıq “60-cı lar” nəslinin yarpaq tökümü başlayıb. Bizim xalq istedadlı xalqdır. Yenə yaxşı şairlər, yaxşı yazıçılar yetişəcək. Amma heç vaxt 2-ci Maqsud olmayacaq. Biz Maqsudla bir yerdə sevinmişik, bir yerdə gülmüşük. Bu gün Maqsudun müəllifi olduğu əsərlərinin oynandığı teatrda onunla vidalaşırıq. Biz yaşadıqca Maqsud da yaşayacaq”.
Maqsud İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq. Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra martın 22-də 81 yaşında vəfat edib.
 
Maqsud İbrahimbəyovla vida mərasimi

Nasir, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. 
Xalq yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib
Maqsud İbrahimbəyov 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1988), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub.
“Şöhrət” (1995), “İstiqlal” (2005) və "Şərəf" (2015) ordenləri ilə təltif olunub. Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.