Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,6490 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,41% möhkəmlənərək 1,8329 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 2-si ilə  müqayisədə 0,38% zəifləyərək 0,0260 manat səviyyəsinə enib.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5292 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0332 manatdır. Beləliklə, funt sterlinq 0,72%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 1,35% zəifləyərək 0,6772 manat təşkil edib.