​Manatın üzərindəki yazı hamını qorxuya saldı – Foto

 
Ağdam sakininin bankomatdan çıxardığı pulun üzərindəki yazı mağaza sahiblərini qorxuya salıb.
 
Cebhe.info-nun xəbərinə görə, rayon sakini bu yazıya "Kapital Bank"a məxsus əməkhaqqı kartı ilə pul çıxararkən əsginazların birinin üzərində rast gəlib.
 
Pulun üzərinə yazılan "I love Al-Qaeda" (Mən Əl Qaidəni sevirəm) yazısı market satıcılarını da qorxuya salıb. Pulun heç bir marketdə qəbul edilmədiyini görən vətəndaş sonda "Kapital Bank"ın Ağdam rayon filialına müraciət edərək onu dəyişdirib.