​Manatın tüstüsü ərşə qalxır: İlham Əliyev 21 illik baş bankiri qovur - Fakt

 
 
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb
 
Məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,64% artaraq 1,6596 səviyyəsində müəyyən olunub. Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib.
 
Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.
 
AMB-də keçirilən və Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirak etdiyi ikitərəfli valyuta hərracı 1 dollar üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 məzənnəsi ilə yekunlaşıb.
 
AMB-də keçirilən və Azərbaycan Respublikası Dövlət Neft Fondunun da iştirak etdiyi ikitərəfli valyuta hərracı 1 dollar üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 məzənnəsi ilə yekunlaşıb.
 
Politika.Az xəbər verir ki, bu artıq maksimal həddir. Bundan sonra dolların getdikcə bahalaşacağı şübhəsizdir. Hökumət manatın ucuzlaşmasının qarşısını ala bilmir.
 
Manat reanimasiyadadır. Mərkəzi Bank sədri Elman Rüstəmovun sonu yaxınlaşır. Baş bankirin manat qətliamı onun karyerasının axırına çıxır. Mərkəzi Bankın “pilləli devalvasiya” siyasəti istər cəmiyyətdə, istərsə də yuxarı dairələrdə ilk gündən müsbət qarşılanmayıb.
 
Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Ağır 2016-cı il təcrübəsindən sonra 64 yaşlı iqtisadçının istefaya göndərilməsi gündəmə gəlib.
 
Bu gediş göstərir ki deputat Vahid Əhmədov haqlı imiş. Dollar ilin sonuna qədər daha da bahalaşacaq. Artıq 1 dolların 2 manat olacağı real görünür.
 
Ümid ancaq prezident İlham Əliyevə qalıb. AMB sədri manatın qatili kimi cəzalandırılır. Bir müddət sonra AMB-nın ləğvi də gündəmə gələ bilər. AMB sədrinin yartımaz idarəçiliyi nəticəsində manat günbəgün ucuzlaşır.
 
Politika.Az xəbər verir ki, 21 illik baş bankirin adı dünya çapında maxinasiyalarda hallanır. Artıq onun istefasının vaxtı yetişib.
 
Elman Rüstəmov hakimiyyətin ən uzun ömürlü məmurlarından biridir. 1995-ci ildən Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
 
Fəaliyyəti dövründə iqtisadçılar Elman Rüstəmovun özü üçün geniş imkanlar yaratdığını iddia edirlər. Zaman-zaman baş bankirin "Planet" şadlıq sarayının, "Subaru", "Bakı İnvest Holdinq"in, "Bakı Sığorta", "Səba broyler", "Honda", "Mitsubishi", "Bakı taksi" və "Bank Respublika"nın sahibi olduğu bildirilsə də, sənədlərlə bunu sübut etmək mümkün olmayıb.
 
Ölkənin 21 illik 1 nömrəli bankiri statusunda fəaliyyət göstərdiyi dövrdə Elman Rüstəmovun adı dəfələrlə qalmaqallarda da hallanıb. Bu qalmaqallardan biri də İpoteka Fondunun tikilməsi zamanı 10 milyon manatın mənimsənilməsi ilə bağlı idi.
 
Ümumiyyətlə, bu və digər maliyyə və bank maxinasiyaları ilə bağlı çoxsaylı xəbərlərlə baş bankirin adını axtarış sisteminə verərək tanış ola bilərsiz. E.Rüstəmovun 3 övladı var. Müəyyənləşdirdik ki, onların heç birinin adı seçici siyahısında yoxdur. Hər 3 övladı Böyük Britaniyada yaşayır.