Manatın məzənnəsi açıqlandı – Rəsmi

 
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Axar.az-a verilən məlumata görə, ABŞ dolların məzənnəsi avqustun 11-i ilə müqayisədə 0,25% artaraq 1,6102 manat səviyyəsinə yüksəlib.
 
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,01% zəifləyərək 1,7936 manata bərabər olub.
 
1 rus rublu 0,8% bahalaşaraq 0,0250, 1 türk lirəsi isə 0,2% möhkəmlənərək 0,5438 manat olub.