Manatın dollara nisbətən bahalaşması davam edir

 

 
 
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının sentyabrın 30-na rəsmi məzənnəsini 1,6211 AZN/USD səviyyəsində müəyyən edib.
 
AMB-dən verilən məlumata görə, bu, əvvəlki günlə müqayisədə 0,25% azalma deməkdir.
 
Qeyd edək ki, sentyabrın 29-da rəsmi məzənnə 1,6252 AZN/USD səviyyəsində olub.