Manaf Ağayevdən Fədayənin ailəsi ilə bağlı şok fakt – Video

Baxış sayı: 
224
0  
0  

Hazırda həbsdə olan Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır.
 
Kult.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Hər şey daxil” verilişində söyləyib.
 
“Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları olmadığından işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim”, – deyə müğənni bildirib.
 
Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca” ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.
 

Загрузка...
Загрузка...