Malik Həsənovun “Mediland Hospital”ında nə baş verir? - HEPATİK ŞÖBƏ “MÜDİRİ”, KORRUPSİONER “DİREKTOR”

Zaman-zaman 7News.az redaksiyasına ölkədə səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı ciddi şikayətlər daxil olmaqdadır. Biz də redaksiya olaraq şikayəti araşdırır, saytda dərcinə qərar veririk. Növbəti yazımız isə “Mediland Hospital”da baş verən özbaşınalıqlarla bağlıdır.
 Hospitalın rəhbəri Malik Həsənov belə klinikadan narazıdır...
Hospitalın millət vəkili, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı malik Həsənova aid olduğu iddia edilir. Məlumatda deyilir ki, Malik Həsənov klinikadan olduqca narazıdır. Buna səbəb klinikadan daxil olan çoxsaylı şikayətlər və deputatın öz başına gələnlərdir. Belə ki, Malik Həsənov atasını müayinə etdirmək üçün klinikaya gətirib. Lakin burada ona səhf diaqnoz qoyulub və həyatı üçün ciddi təhlükə yaradılıb. Buna baxmayaraq Malik Həsənov yüzlərlə səhf diaqnoz qoyan həkimləri hələ də himayə etməkdədir. Maraqlı məqam ondan ibarətdir ki, insanların həyatı ilə oynayan bu həkimlər həm də qeyri-qanuni “şöbə müdirləri”, “direktorlardı”. Eyni zamanda bu klinika ciddi şəkildə vergidən yayınır. Dövlət Əmək Müfəttişliyi isə bu hospitalda ciddi şəkildə yoxlama aparmalıdır. Yalniz Vergi və Əmək müfəttişliyinin ciddi araşdırmasından sonra bu klinikanın külli miqdarda vəsait mənimsədiyi ortaya çıxacaq.
 Cəlilabad icra başçısı Əziz Əzizovun adı klinikada niyə şantaj vasitəsinə çevrilib?
Maraqlı məqamlardan biri də klinikada Cəlilabad icra başçısı Əziz Əzizovun adının şantaj vasitələrində istifadə olunmasıdır. Belə ki, Malik Həsənov klinikanı yaxşı mənada “razkrutka” eləmək üçün Cəlilabad icra başçısı Əziz Əzizovun qardaşı Şirin Əzizova etibar edir. O, isə bütün həkimlərə “Qardaşım icra başçısıdır, heç kim mənə heç nə edə bilməz” devizi ilə təzyiq etməsi klinikanın əsas fəaliyyətini yayındırmaqdadır.
 Klinikanı korrupsiya qanunları ilə idarə edən qeyri-rəsmi direktor Telman Novruzov kimdir?
Məlumatda qeyd olunur ki, klinika rüşvət poliqonuna çevrilib. Klinikada uzun müddət adı rüşvət cinayətlərində hallanan, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Telman Novruzov at oynatmaqda davam edir. Belə ki, o nə baş həkim, nə də direktor vəzifəsi daşıyır. Lakin faktiki olaraq klinikanı öz qanunlarına uyğun idarə edir. Məlumat üçün qeyd edək ki, Telman Novruzov zamanında idarə etdiyi 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında, xüsusilə də xəstəxananın doğum şöbəsində özbaşınalıq ifrat həddə çatmışdır. Baş həkim Telman Novruzovun o zamanlar rəhbərlik etdiyi bu xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə pulsuz təmin olunmalarına dair verdiyi təlimatlar kobud şəkildə pozulurdu. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həbb preparatları xəstələrə pulsuz verilirdi. Digər tərəfdən də xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilirdi. Lakin burada “ölü canlar” strategiyası iki istiqamətdə həyata keçirilirdi.
Bu arada isə redaksiyamıza daxil olan məlumatlarda Telman Novruzovun nə özəl, nə də dövlət tibb müəssisələrində bu vəzifəni tutmaq üçün qanunla tələb olunan yetərli müddətdə staja malik olmadığı da müəyyənləşib.