​Makron yeni müharibənin SİQNALINI VERDİ: "ABŞ Suriyadan çəkilsə..."

Fransa prezidenti Emmanuel Makron Suriya böhranı ilə bağlı kritik açıqlamalar verib.
Publika.az xəbər verir ki, prezident ABŞ mətbuatı üçün keçirdiyi konfransda bu ölkənin Suriyada qalmasının zərurətindən danışıb.
“İŞİD-dən sonra yeni bir Suriya yaratmaq lazımdır və buna görə ABŞ-ın bu bölgədə qalması önəmlidir. Əks təqdirdə, yeni bir müharibə ortaya çıxacaq. ABŞ-ın yalnız silahlı qüvvələrinin deyil, diplomatik mövcudluğunun da Suriyada əhəmiyyəti var. Çox lakonik danışacam. Əgər Suriyadan tamamilə çəkilsək, bölgəni İran rejiminə, Bəşər Əsədə buraxacağıq. Onlar da yeni bir müharibəyə hazırlaşacaqlar. Fransa və ABŞ müttəfiqliyinin Suriya üçün işlər görməsi zəruridir. Hətta Rusiya, Türkiyə kimi ölkələr belə Suriyanın yenidən inşasında böyük rol oynamayacaq” -, Makron bildirib.
Zümrüd

Загрузка...
Загрузка...