Mafiya Rusiya neftini Bakı-Ceyhan kəmərinə yönəldir

Rusiyanın “Transneft” şirkəti Mahaçqla limanında neft oğurluğu ilə məşğul olan mafiyanın ucbatından Xəzərdən hasil olunan neftin nəqli istiqamətini dəyişəcəyi haqda xəbərdrlıq edib. Virtualaz.org xəbər verir ki, şirkət Mahaçqla limanında kriminal qrupların, kommersiya strukturlarının və inzibati orqanların əlbir olaraq Novorossiysk limanına nəql olunan nefti müntəzəm oğurlayır.
Bir neçə gün əvvəl “Transneft” bəyan edib ki, Mahaçqala limanındakı mafiya ilə bacarmadığından neftin nəqli istiqamətini dəyişib Bakı-Tifls-Ceyhn kəmərinə yönəldə bilər. RusEnergy konsaltinq şirkətindən analitik Mixail Krutixin hesab edir ki, bu, tamamilə ağlabatan variantdır. Onun fikrincə, bir halda ki, “Transneft” bu məsələni açıb-ağaırdıb, deməli vəziyyət doğrudan da ciddidir.
Rusiyanın “Lukoil”, “Qazprom” və “Rosneft” şirkətlərinin Xəzər şelfində hasil etdikləri neft, o cümlədən tankerlərlə daşınan Qazaxıstan neftinin bir hissəsi Mahaçqala limanından Novorossiysk kəmərinə gedən kəmərə vurulur. Bu limanda nefti yerli “Daqnefteprodukt” şirkəti qəbul edib ötürür. “Transneft” bildirir ki bu şirkət kriminallaşıb və liman rəhbərliyi ilə əlbir olaraq iri həcmdə neft oğurluğu həyata keçirir. Oğurlanan neft kustar üsulla tikilən neftayırma zavodlarına ötürülür. Builin birinci kvartalında limnda neft itkisi 1.43 faizə çatıb. Normalara görə itki 0.2 faizdən çox olmalı deyil.

Mixail Krutixin hesab edir ki, Rusiyanın Xəzərdən hasil etdiyi neftin BTC kəmərinə vurulması problem deyil, kəmərlə neft nəqli zamnı itki qeydə alınmır. Ancaq bu, xarici siyasət baxımından Rusiyanın imicinə ciddi zərbbə olacaq. Ona görə də Rusiya neftinin ancaq Rusiya limanları ilə daşınmasına nail olmaq lazımdır.
Mahaçqala limanı formal olaraq dövlətə məxsus olsa da əslinə limana nəzarət uğrunda bir neçə dağıstanlı oliqarx mübarizə aparır.Ötən həftə Moskva limanının baş direktorunu işdən azad etməyə cəhd göstərib, ancaq qərarın icrası dayandırılıb. Məsələni Dağıstan rəhbəri Ramazan Abdulatipov və Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov həll etməlidir.