Madonna 17 yaşlı qıza təcavüz etdi

Madonna 17 yaşlı qıza təcavüz etdiPop-ulduzun Avstraliyada baş tutan konsertində gözlənilməz hadisə baş verib
Amerikanın pop-divası Madonnanın Avstraliyanın Brisben şəhərində verdiyi konsertdə gözlənilməz hadisə baş verib. ANS PRESS-in məlumatına görə, şou zamanı müğənninin fanatı 17 yaşlı Jozefina Georqiu səhnəyə dəvət edilib və o səhnədə olarkən Madonna onun korsetini dartıb əynindən çıxarıb. Nəticədə gənc qızın sinəsi açılıb.
"Ah, bağışlayın, seksual təcavüz. Bunu mənə qarşı edə bilərsən", - deyə Madonna zarafat edib.
Jozefinanın sözlərinə görə, müğənninin əməkdaşları onu tamaşaçılar arasından yaxşı rəqs etdiyi üçün seçiblər. Bundan sonra Georqiunu səhnəyə dəvət ediblər və Madonnanın onunla rəqs edəcəyi haqda xəbərdar ediblər.
Pop-divanın şousunda baş verən insidentin videosu internetdə yerləşdirilib. Jozefinanın anası Toni Endonli qızının videosunu "Facebook" sosial şəbəkəsində görüb və sevinci ilə dostları ilə paylaşıb. O yazıb ki, qızı və onun anasının korsetini geyinməsi ilə fəxr edir.