Əlvida Kreml: NATO Serbiyadan üzr istədi

 

Serbiya Baş naziri Aleksandr Vuçiç Brüsseldə NATO Şurasının iclasında iştirak edib.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, bu hal NATO-Serbiya münasibətlərinin uğurla irəliləməsindən xəbər verir. O, həmçinin 1999-cu ildə Yuqoslaviyanın bombardmanı zamanı öldürülən dinc sakinlərə görə Serbiyadan NATO-nun rəsmən üzr istədiyini bildirib.

 

Qeyd edək ki, Serbiya baş naziri birinci dəfədir NATO Şurasının iclasında iştirak edir. Vuçiç ümumiyyətlə, qərbyönlü siyasəti ilə seçilir. Serbiyanı Rusiyadan uzaqlaşdırmağa çalışan baş nazir artıq bunun üçün bir sıra sərt addımlar atmağa da məcbur olub. Məhz Vuçiçin dövründə Serbiyadakı Rusiyanın V kolonunun üzvü olan onlarla şəxs həbs edilib.

Загрузка...
Загрузка...