Lütfi Zadə, Rafiq Əliyev və biz...

Baxış sayı: 
209

Elon Musk, Mark Zukerburq, Bill Qeyts, Stiv Cobs və s. qədər tanıdığımız qədər tanıya bilməməşik rəhmətlik Lütfi Zadəni, yaşamaqda olan ziyalı Rafiq Əliyevimizi...
 
 
Dünyada öz nəzəriyyələri ilə elmi inqilab yaratmış, dünya elmində böyük qiymət qazanan və bir çox sahələrində günümüzdə geniş istifadə olunan nəzəriyyələri olan şəxsiyyətlərdən yazmaq böyük məsuliyyət tələb edir.
 
Bu yazıda məqsədimiz daha çox onları tanımağa səy göstərməkdir...
 
Hər bir azərbaycanlı kimi, nə qədər alimlərimizlə bağlı fərəhlənsəm də, hər dəfə daha çox ovqatım kədərlənməyə meyilli olur. Çox böyük təəssüflə qeyd etməliyəm ki, əksər insanımız bir ad olaraq Lütfi Zadə ilə tanışdır. Bu tanışlıq yenə də ad olaraq qalmaqda davam edir və bu ad olmaqdan yuxarı mərhələyə yüksələ bilmir. Həm də axı Lütfi Zadə Azərbaycanda yaşamasa da adı bizə məxsus olduğu üçün, biz hələ də onun adını çəkib fərəh hissi keçirməklə kifayətlənirik.
 
Elon Musk, Mark Zukerburq, Bill Qeyts, Stiv Cobs və s. qədər tanıdığımız qədər tanıya bilməməşik rəhmətlik Lütfi Zadəni, yaşamaqda olan ziyalı Rafiq Əliyevimizi...
 
Suni intellektin dünyada qızğın mübarizələrinin getdiyi bir vaxtda, dünyada bu sahə üzrə xüsusi mütəxəssis olacaq şəxslərin siyahısında Rafiq Əliyevin olmasının nə demək olduğunu anlamaq bizi vadar edir düçünək: biz elmdən küsmüşük, ya elm bizdən küsüb?!
 
Süni intellekt bu dünyada yeni eranın adı olacaq. Artıq neftə deyil, Suni intellektə ən çox sahib olan sistemlər dünyada öz sözünü deyəcək.
 
Lütfi Zadəni biz görmədik, dünya bu cövhərdən istifadə edərək inkişaf etdi, böyük nailiyyətlərə imza atdı. Biz sadəcə adını andıq və sonda da Tanrıdan rəhmət diləməklə Lütfi Zadə ilə vidalaşdıq.
 
Bu irsin davamçısı olan dəyərli Rafiq Əliyev – Allah ömrünü uzun etsin – bizə Lütfi Zadə qədər uzaq deyil, Bakıdadır. O, bizimlə birlikdə yaşayır. Ancaq nə edək ki, ruhumuz çox uzaqdır Rafiq Əliyevdən...
 
Dünya bu gün yenə də onun elminin bərəkətindən istifadə edir. Biz isə maraqla izləyib tərif deyirik. Dilimizdə bir dənə də olsun Rafiq Əliyevin nə praktikada istifadə olunan nəzəriyyəsi, nə də kitabına rast gələ bilməzsiniz. Ancaq bəli, xaricə baxsaq, Rafiq Əliyevin 70-dən çox kitabının olduğunun şahidi olarıq...
 
Sanki bizimlə olan, ancaq bizdən olmayan bir şəxsiyyətdir Rafiq Əliyev...
 
Yaxşı və ləyaqətli yaşamağın minimal olduğu bir cəmiyyətdə Rafiq Əliyev Tanrıya möhkəm inancı, ləyaqətini hər şeydən üstün tutması, böyük səy və zəhmətkeşliyi ilə elmə öz töhfəsini verməyi bacarmışdır...
 
Lütfi Zadə, Rafiq Əliyev və bizim uzaqlığımız arasındakı məsafəni ölçmək belə olmur...
 
Bizlər bu məsafələri aşmayınca, hər an onlardan daha da uzaqlaşırıq. Onlardan uzaqlşadıqca da elmdən, tərəqqidən uzaqlaşırıq. Elmdən, mənəviyyatdan, tərəqqidən uzaqlaşdıqca da özümüzdən uzaqlaşıb, çox qeyri-müyyən bir xətlə hərəkət edirik...
 
Gəlin çox uzaqlaşmayaq...
 
 
 
Süleyman Rüstəmov
“Dəyərlər”in oxucusu

Загрузка...
Загрузка...