​Lütfi Zadə nəzəriyyəsinin daha bir tətbiq sahəsi- Almaniyadakı alimin təhlili

 
 
Bu ilin sentyabrında 96 yaşında  dünyasını dəyişən dahi alim Lütfi Zadənin vəfatı bütün bəşəriyyət üçün böyük itki oldu. Lakin Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bu bəşəriyyətə xidmət etməkdədir.
 
Moderator.az ənənəsinə sadiq qalaraq, nəhəng alimin irsinin təbliği və elmi nəzəriyyəsindən faydalanaraq görülən işlərin yayımına davam edir.
 
Almaniyada çalışan həmyerlimiz, texnika elmləri doktoru Pərviz Əmiraslanov Lütfi Zadənin əsasını qoyduğu süni-intellekt nəzəriyyəsinin daha bir xırda tətbiq sahəsi barəsində məlumat verib:
 
“Belə davam edəcəksə, heç kimə "sürücülük vəsiqəsi" gərək olmayacaq. Bir çox böyük Metropol şəhərlərdə artıq autonom sistemlər yaradılır... Həm yaxşıdır - stres baxımından -, həm də böyük təhlükə yarada biləcək qədər də qorxuludur...
 
Belə sistemlərin tam sərbəst işləməsinə hazırkı elm və texnologiya sürət, əlaqə  baxımından və digər məsələlərdən sarı hazır deyil...
 
Ona görə də, düşünürəm ki, bunlara hələ ən azı 20 ildən çox vaxt gərəkir. Nə üçün? Çünki, bütün təhsil sistemini dəyişmək, insanların şüuraltı neyroloji durumuna təsir edəcək sistem yaratmaq uzun zaman aparacaqdır. Hazırda qaçılmaz qəzaların belə sistemlər tərəfindən (süni intellekt tətbiqi) araşdırılması böyük problemlər yaradır. Ona görə də sistemə  “emotional "beyin"” - intellekt verimi hələlik mümkünsüzdür.
Buna ən birinci  bəlkə də yaponlar nail olacaqlar. Yaponiyadan bu sahədə maraqlı bilgilər əldə edilib; Almanlar və finlandiyalılar tərəfindən. Hal hazırda strateji plan üzərində çalışmalara start verilib”.
 
Qeyd edək ki, Almaniyada çalışan azərbaycanlı alim,  Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verir, elmi seminarlar və kolloqiumlar təşkil edir.
 
Elmin Nuri  

Загрузка...
Загрузка...