Lukaşenkodan xalqa müraciət: “Soyunun”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun inkişaf etmək yerinə (razvivatsa) soyunmaq (razdevatsa) ifadəsini işlətməsi ölkədə onu lağ obyektinə çevirib.
 Axar.az xəbər verir ki, Lukaşenko bir neçə gün öncə texnologiya sahəsindən bəhs edərkən, “İnkişaf etməliyik və işləməliyik” demək istəyib. Ancaq prezident bunu səhvən, “soyunmalıyıq və işləməliyik” ifadəsi kimi işlədib.
 Lukaşenkonun bu sözlərində sonra belaruslular iş yerlərində çılpaq şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıb.