Lukaşenkodan Bakıya dəstək: “Qarabağ məsələsi ilə məşğul olmalıyıq”

Belarus prezidenti Aleksandr Lukaşenko MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət rəhbərlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi ilə aktiv məşğul olmağın vaxtının çatdığını deyib.
Turaninfo.az Belarus KİV-nə istinadən xəbər verir ki, o, Qarabağ münaqişəsini Azərbaycanın əsas problemi adlandırıb.
“Bu gün MDB Dnestryanı, Azərbaycanın Dağlıq Qarabağ problemi və Ukraynadakı situasiyadan əziyyət çəkir. Problemləri görməsək, həll etməsək, onların kök atmasına səbəb olacağıq”.
Lukaşenko bütün tərəflərin sülh üçün çalışmalı olduğunu deyib.