Lukaşenko İrandan neft alır

Belarus neft alışı ilə bağlı rəsmi Tehranla danışıqlar aparır.
 
Turaninfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, İran Belarus üçün neft qiymətlərini aşağı salmağa hazırdır.
 
Qeyd edək ki, Belarusa əsas neft tədarükçüsü Rusiyadır. Son zamanlar tərəflər arasında bu məsələ ətrafında mübahisə yaranıb. Belə ki, Rusiya Belarusun ona borcu olduğunu bildirərək, ölkəyə neft məhsullarının ixracını dayandırıb. Lukaşenko isə öz növbəsində Rusiyanın bu addımını təzyiq adlandırıb və buna dözməyəcəyini bəyan edib.