“Lotu Quli”yə sui-qəsdlə bağlı YENİ FAKTLAR

İstanbulun Bahçelievlər rayonunda yerləşən bir ticarət mərkəzində tutulan “Şirinlər” qruplaşmasının üzvləri və mərhum azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevlə bağlı yeni faktlar ortaya çıxıb.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, tutulan 14 nəfər onlara qarşı irəli sürülən ittihamları qəbul etməsə də, telefonlarında aşkarlanan görüntülər tutarlı dəlillər hesab oluna bilər.
Polis tutulan bütün şəxslərini telefonlarındakı görüntüləri araşdırıb. Nəticədə, Namiq Canıyevin qrupundan olan Orxan İsmayılov və “Şirinlər” qruplaşmasının üzvü Hacı Ömər E.-nin telefonlarında ciddi dəlillər hesab oluna biləcək fotoşəkillər tapılıb. İsmayılov tərəfindən Hacı Ömərə "Lotu Quli"nin qaldığı evin və yerləşdiyi küçənin görüntülərini göndərdiyi müəyyən edilib.
Həmçinin bildirilir ki, cinayətkar şəbəkənin üzvləri azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səfilovun Azərbaycandan İstanbula gəldiyi 10 oktyabr tarixindən (Azərbaycan KİV-in yayılan məlumatlarda isə Nadir Səlifovun oktyabrın 24-də yayılıb - red.) etibarən görüşməyə başlayıblar. Görüşlərdə “Lotu Quli”yə qarşı sui-qəsd planlaşdırılıb.
Məlumata görə, Namiq Canıyev qardaşını öldürməkdə ittiham etdiyi Səlifovun qətli üçün “Şirinlər” qruplaşmasına 5 milyon dollar mükafat vəd edib.
Xatırladaq ki, Namiq Canıyevin qrupundan olan şəxslər və “Şirinlər” qruplaşmasının üzvü noyabrın 2-də saxlanılıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...