​"Lotu Quli"nin kirvəsinə HÖKM OXUNDU

Baxış sayı: 
172

 
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazova hökm oxunub.
 
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazova 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.
 
O, qanunsuz olaraq odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitənin dövriyyəsində ittiham edilir. M.Namazov özünü təqsirli bilmədiyini deyib.

Загрузка...
Загрузка...