Londonun müsəlman meri dediyini etdi

London merinin "ideal model" reklamı ilə bağlı qadağası iyulun 1-dən qüvvəyə minib.
 Teleqraf.com xəbər verir ki, London bələdiyyəsinin pakistanlı rəhbəri Sadiq Xanın qadınların vücudlarından utana biləcək reklamların ictimai nəqliyyatda yerləşdirilməsini qadağan edən qərarı birmənalı qarşılanmayıb.
  "SoFeminine" qadın jurnalı qərarı alqışlayıb. Jurnal yazır ki, modellərin reklam edilməsi digər qadınları narahat edib: "Sadiqin qərarı qadınların kiçik qələbəsidir". Jurnal keçən il "bikini vücuduna hazırmısınız" reklamındakı model fotosunun tənqidlə qarşılandığını xatırladıb. Reklamın aradan qaldırılması üçün sosial şəbəkələrdə 70 min imza toplanmışdı".
Bir qrup şəxs isə Sadiq Xanın qadınların reklam seçiminə qarışmaq səlahiyyətinin olmadığını bəyan edib.
 "Hansı reklamın qadınları aşağıladığı, hansı reklamın isə əksinə, qadına yüksək qiymət verməsi barədə qərarı Sadiq Xan verməməlidir", deyə FoxTV-nin müxbiri  Stephanie Gutmann yazır.
 Sadiq Xan hesab edir ki, reklamlardakı qadın fotoları reallıqdan uzaqdır və bu, fərqli vücuda sahib olan qızlarda problem yarada bilər.
Hələ seçkidən öncə Sadiq Xan bildirmişdi ki, seçiləcəyi təqdirdə ideal insan vücudunun qeyri-sağlam və qeyri-real tənasübünü təbliğ edən reklamları qadağan edəcək.