Lənkəranskiyə ölüm hökmünü verən avtoritetin dəstəsi ifşa edildi

 
Rusiyada kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan avtoritet Zaxari Kalaşovun silahlı dəstəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
 
Teleqraf.com mzk1.ru saytına istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumatda bildirilib ki, Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları müxtəlif cinayətlərdə şübhəli bilinən şəxsləri zərərsizləşdirib. Onların hamısı Moskva şəhər sakinləridir. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər cinayət zamanı “Şakro Molodoy”un əmrlərini icra ediblər.
 
Silahlı şəxslər Z.Kalaşov tərəfindən müəyyən edilmiş sahibkarlara təzyiq göstərərək, quldurluq yolu ilə külli miqdarda pul mənimsəyiblər. Faktla bağlı cinayət işi başlanıb. 2014-ci ilin dekabr ayında “Şakro Molodoy” İrəvanda genişmiqyaslı yığıncağ keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanların cəzalandırılmasını tələb edib.