Lənkəranskinin qətlinin üstü açıldı - TƏCİLİ

 
Kriminal avtoritet Rövşən Lənkəranski (Canıyev) 2016-cı ilin yazında Moskvada öldürülən "göyərti kralı" Cambulat Şamiloğlunun qisası məqsədi ilə qətlə yetirilib.
 
Teleqraf.com xəbər verir ki, bunu barədə "Rosbalt"saytı Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən məlumat verib:
 
"Lənkəranski İstanbulda öldürülsə də, Rusiya tərəfi də bəzi araşdırmalar aparıb. Onlar operativ yolla cinayətin üstünü açmağa müvəffəq olublar. Şamiloğlunun qətlinin araşdırılması zamanı məlum olub ki, onu Canıyevin qrupuna daxil olan iki killer öldürüb.
 
Hadisədən sonra Şamiloğlunun qohumları Canıyevdən qisas almaq qərarına gəliblər.
 
Qeyd edək ki, Canıyev 2016-cı ilin avqustun 18-də İstanbuldakı otellərdən birinin qarşısında şəxsi avtomobilində güllələnib.