“Lənkəranski”nin qətl müəmması- yeni şok faktlar və həbslər

 
“Qanuni oğru” izdihamla son mənzilə yola salındı; 15 gün əvvəl onu türk polisindən qurtaran Sedat Pekər kimdir?; saxlanılanlar arasında Azərbaycanda otelləri olan Tahir Can da var
 
İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) avqustun 19-da doğulduğu Lənkəran şəhərində izdihamla son mənzilə yola salınıb. Qeyd edək ki, Bir gün qabaqdan — avqustun 18-dən başlanan matəm mərasimi sübhə qədər davam edib.
“Yeni Müsavat”ın Lənkərana ezam olunmuş reportyor qrupunun verdiyi məlumata görə, dəfndə iştirak etmək üçün minlərlə şəhər sakini ilə yanaşı, respublikanın müxtəlif  bölgələrindən də yüzlərlə adam, o cümlədən xaricdə yaşayan həmvətənlilərimiz də Lənkərana gəliblər.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə avqustun 18-də gecə Lənkərana gətirilən  cənazəni hava limanında böyük izdiham qarşılayıb. Daha sonra cənazənin olduğu avtomobil izdihamın müşayiəti ilə hərəkət edib.  M.Mənsimovun da mərasimdə iştirak etmək üçün Lənkərana gəldiyi deyilir.
“Kiçik bazar” da görünməmiş izdiham
Mərhumla vida mərasimi doğulduğu “Kiçik bazar” məhəlləsində yerləşən “Hüseyniyyə” məscidində keçirilib. Şəhərdə gecə saatlarından başlanan sıxlığa görə nəqliyyatın hərəkəti məhdudlaşıb, məscidə gedən yollar bağlanıb. Adamlar tanınmış həmyerlilərini  “Allahu əkbər!”, “La ilahı illallah!”, “Ya Hüseyn!” və “Rövşən!” şüarları altında məscidə gətirib.
Sıxlıq yarandığı üçün məscidə giriş məhdudlaşdırılıb. Sonra hissə-hissə insanlar ibadət evinə buraxılıb. Qafqaz Müsəlmanlar İdarəsinin Lənkəran üzrə nümayəndəsi, axund Hacı Sədi elan edib ki, cənazə mərasimi avqustun 19-u səhər təqribən 10 radələrində qılınacaq. Ardınca mərhum “Kiçik bazar”da yerləşən məzarlıqda dəfn olunacaq.
Sübhə qədər “Lənkəranskini”nin nəşi olan məscidə axın olub.  Səhər saatlarında isə cənazə namazı qılınıb. Sonra minlərlə insanın iştirakı ilə qəbiristanlığa yürüş olub. Bu izdihamlı yürüş də şüarlarla müşayiət olunub.
Artıq qabacaqdan axund Hacı Sədi kütləyə xitabən xahiş etmişdi ki, tabuta emosional şəkildə yaxınlaşmasınlar, mərhumun ruhunu incitməsinlər, hər hansı kənar şüar səslənməsin, Quran ayələri, duaları oxunsun, bir sözlə matəm yürüşü mərhumun  adına layiq olsun.
 

 
“Lənkəranski”nin nəşi “Allahu əkbər!” şüarları altında əvvəlcə ata evinə gətirilib, burada bir neçə dəqiqə doğmaları ilə vida olub, sonra məzarlığa gətirilib.
 “Rövşən Lənkəranski”nin cənazə mərasimində iştirak edənlər arasında kriminal avtoritetlər də iştirak edirdilər. Ancaq yerli camaat danışırdı ki, yaxın dostları dəfnə qatılmayıblar. Bunu cənazə mərasiminə gələn avtomobillərin nömrələrindən də ehtimal etmək olardı. Rövşənin kriminal aləmdəki dostları məzarı önündə onun qanının yerdə qalmayacağını bəyan ediblər.
Onu da deyək ki, dəfn mərasiminə üzərilərində kriminal aləmin elementləri olan və müxtəlif sözlər yazılmış gül çələngləri gətirilmişdi. Eyni zamanda, mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdilər. Mərasimdə “Lənkəranski”nin qardaşının qohumu, deputat Fəzail Ağamalı da iştirak edirdi.  Ümumilikdə, dəfn mərasimi insidentsiz keçib və hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb.
 
“Lotu Quli”nin vəkilindən “gül çələngi” açıqlaması
Rövşən Lənkəranskinin ölümünü hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Lotu Quli” ləqəbli Nadir Səlifov da həyəcan və narahatlqıla qarşılayıb. Lotu Quli oğru dünyasının avtoritetinin ölüm xəbərini cəza çəkdiyi 8 saylı müəssisənin işçilərindən eşidib.
 
Bu barədə məlumatı cebhe.info-ya Nadir Səlifovun vəkili Təranə Əliyeva verib. Vəkil deyib ki, “Rövşən Lənkəranski”nin ölümünə heç kim sevinmir: “Biz ötən gün Nadir Səlifovla o barədə söhbət etdik. O, ”Rövşən Lənkəranski»nin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Allah ona rəhmət eləsin! Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb. Mənimlə söhbət zamanı da onun ölümünə pis olduğunu dedi və ona rəhmət dilədi». Vəkil əlavə edib ki, hər halda Lotu Quli dəfn mərasimini diqqətsiz buraxmayacaq: “Təbii ki, təcridxanada onun telefonu yoxdur. Amma hansısa vasitələrlə Nadir Səlifov  məzara əklil göndərdəcək. Mən belə məsələlərə qarışmıram. Amma məncə onların müəyyən əlaqələri var idi”.
 
 

İstanbul polisi: “Rövşən Lənkəranski”nin qətlinə görə 4 nəfər saxlanılıb
İstanbul polisinin Asayiş Şöbə Müdirliyi “Lənkəranski”nin  qətlinə görə 4 nəfərin saxlanıldığını təsdiqləyib. Virtualaz.org xəbər verir ki, bu haqda “Milliyet” yazıb.
Polisdən bildiriblər ki, saxlanılanların 3-ü Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Azərbaycan vətəndaşlarının kimlikləri H.T., A.N, və Z.İ. göstərilir, Türkiyə vətəndaşı isə T.C. olaraq bildirilib. Polisdən bildirildiyinə görə hadisə ilə bağlı çoxyönümlü təhqiqat başladılıb və saxlanılanların ifadələri alınır. Onlara qarşı hansısa ittihamların irəli sürülüb-sürülmədiyi haqda məlumat yoxdur.
Qeyd edək ki, saxlanılanların “Rövşən Lənkəranski”ni vuran killer deyil, hadisədən əvvəl onunla birlikdə Beşiktaşdakı oteldə olan kriminal avtoritetlər olduğu haqda virtualaz.org ttp://virtualaz.org/ hələ ötən gün xəbər verib. Bunlar “Rövşən Lənkəranski”nin killerlər briqadasının üzvləri  hesab edilən Hacı Talıbxanlı (“Beyləqanski”), “Zaur Sumqayıtski” və “Vahid Bakinski” olduğu bildirilir. Ehtimal edilir ki, İstanbul polisinin açıqlamasında da bu şəxslərdən söhbət gedir. Habelə Türkiyə mətbuatı yazıb ki, hadisə zamanı “Rövşən Lənəkəranski”nin getdiyi “Range Rover”də beynəlxalq nəqliyyat daşımaları biznesi ilə məşğul olan, Azərbaycanda otelləri olan Tahir Can adlı Türkiyə vətəndaşı da olub. O, saxlanılıb və ifadəsi alınır.
 

“Rövşən Lənkəranski”ni güllələyən killerlərin isə tapılması barədə hələlik məlumat yoxdur.
Şok məlumat —  15 gün əvvəl türk polisi saxlayıbmış, Sedat Pekər qurtarıb…
 
?oh=3e2027687d6c16c6f6cb7066ae5627ce&oe=57BAE81E&__gda__=1471851919_5e2dbdb2a3b51a2c516aeef39ef254b6″ alt=»»/>
“Yeni Müsavat”ın əldə etdiyi daha bir sensasion məlumata görə, hadisədən 15 gün əvvəl Türkiyə polisi “Rövşən Lənkəranski”ni saxlayıb. Amma “qanuni oğru” polisdə çox qalmayıb. Mənbəmiz deyib ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və “yeraltı dünyası” nın ən ünlü  isimlərindən olan Sedat Pekər işə qarışıb. Milliyyətçi cameədə də yaxşı tanınan  S. Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri” və “mafiya babası” kimi təqdim edir. Sedat Pekər  2007-ci ildə İstanbul 9-cu  Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində  ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb. Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”nin İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin “qanuni oğru”nun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur.