Lənkəranskinin mirası uğrunda savaş başladı - “Qanuni oğrular” haqq iddia edir

 
"Qanuni oğrular” Rövşən Lənkəranskinin mirasını bölməyə başlayıblar.
 
Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdan satış bazarı Merab Suxumskinin tabeçiliyinə keçib.
 
Canıyevin daha böyük aktivləri isə son illərdə yaşadığı Türkiyədə olub. Bu aktivlər Rövşənin "nəzarəti” altında fəaliyyət göstərən kommersantlar və firmalardan, mehmanxanalar, narkotik maddələrin göndərilməsi kanallarından və s ibarətdir.
 
Son zamanlar Canıyevin yaxın ətrafını bir tərəfdən "qanunçu” Hüseyin Əhmədov, digər tərəfdən isə Merab Suxumskinin əsasən Temur Nemsistverizde, Roin Uqlava (Mateviç), Dato Çuradzedən ibarət mafiya qrupu təşkil edib. İndi hər iki tərəf Rövşənin mirasına haqq iddia edir.
 
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hazırda tərəflər arasında açıq mübahisə getməsə də , bu, gözləniləndir: "Hələ ki Hüseyin Slepoyla Merabın qruplaşmasına daxil olan "oğrular” arasında birbaşa münaqişə yoxdur. Lakin hər şey buna doğru gedir. Rövşənin mirasının sülh yolu ilə "bölgüsü” alınmır”.