​Lənkəranskinin heç yerdə yayımlanmayan FOTOLARI

 
 
 
 Bu il avqustun 18-də İstanbulda naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilmiş kriminal avtortet Rövşən Lənkəranskinin (Canıyev) heç yerdə yayımlanmayan fotolarını təqdim edirik:
 
Ölümündən iki aya yaxn müddət keçməsinə baxmayaraq Canıyev soyadı hələ də diqqət mərkəzində olduğundan həmin fotoları təqdim edirik.
 
 
 
1975-ci il yanvarın 27-də Azərbaycanın Lənkəran şəhərində anadan olan Rövşən 17 yaşı olarkən polis işçisi olan atasının qatilini məhkəmə zalında güllələməsi ilə məşhurlaşıb.
 
1996-cı ildə müttəhimlər kürsüsündə əyləşən atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir. Bu zaman məhkəmə zalında olan Rövşən tapança ilə cinayətkarı qətlə yetirir. Rövşənin ruhi vəziyyətini nəzərə alan məhkəmə ona iki il həbs cəzası kəsir.
 
Rövşənin kriminal aləmə gəlişində azərbaycanlı "qanuni oğru” Mirseymur Abdullayevin adı çəkilir. 2003-cü ildə Abdullayevin, daha sonra Hikmət Muxtarov, Çingiz Axundovun ölümü, Baxa ləqəbli Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra Moskvada azərbaycanlıların biznesinə nəzarət Rövşən Lənkəranskinin əlinə keçib.
 
 
 
2010-cu ildən Azərbaycanı tərk edən Lənkəranski qısa zamanda Rusiyada azərbaycanlı avtoritetlər arasında nüfuz, eləcə də çoxlu düşmən qazanır. 2010-cu ildə nüfuzlu "qanuni oğru” Ded Xasanın qətli kriminal aləmdə şok effekti yaradır. Qətlin sifarişçisi kimi isə Lənkəranskinin adı hallanır və həmin qətldən sonra Rövşənə qarşı 2 sui-qəsd xəbəri yayılır. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtula bilir.
 
 
 
Rövşənin düşməni təkcə Ded Xasanın klanı deyil, həmçinin bu siyahıya çeçen qanqsterləri, və hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu Qulinin (Nadir Səlifov) adı daxildir.
 
 
 
 
 
 Ona qarşı həyata keçirilən sonuncu sui qəsd isə 18 avqust 2016-cı ildə İstanbulda baş tutur. Belə ki, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalır. O, 20-ə yaxın güllə yarası ilə İstanbulun Florence Nightingale Xəstəxanasına aparılır və orada da dünyasını dəyişir.