​Lənkəranskinin düşməninin cinayət işində MÜƏMMA

 
Kriminal aləmdə "Şakro Molodoy" kimi tanınan Zaxari Kalaşovun istintaq prosesi ilə bağlı yeni detallar üzə çıxıb.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı vəkil Aleksandr Qofşteyn danışıb. O bildirib ki, Kalaşovun işində müəmma var: "Bu ilin avqustunda Kalaşova qarşı yeni cinayət işi açılıb. Cinayət işində Kalaşov "Rusiya mafiasının başçısı" kimi təqdim edilib. Cinayət Məcəlləsinin 290-cı maddəsinin 4 bəndi ilə başlanan cinayət işindən 3 ay keçməsinə baxmayaraq, hələ də ona qarşı ittiham irəli sürülməyib. Bunun səbəbi isə açıqlanmır".
 
Qeyd edək ki, Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Ona qarşı ilk olaraq, dələduzluq maddəsi ilə cinayət işi başlanıb.