Lənkəranskinin adamı 3,6 milyona həbsdən çıxdı

 
Kriminal avtoritet, Şeyx Xamzat kimi tanınan çeçen Xamzat Qastamirov və onunla əlbir olan dəstə üzvləri 18 oktyabr tarixində Niderland məhkəməsi tərəfindən azad edilib.
 
Sputnik-in məlumatına görə, kriminal avtoritetə üç biznesmen zamin dayanıb. Qastamirov azad olunması üçün məhkəməyə 3,6 milyon avro rüşvət verib.
 
Niderland hakimiyyəti saxta pasportdan istifadə və qanunsuz odlu silah daşıması maddələri ilə Qastamirovu ittiham edirdi. Şeyx Xamzat tutularkən üzərindən bir tapança, bank kartları, üç mobil telefon və bahalı saat götürülüb. Bununla yanaşı, digər saxlanılan şəxslərdə 6 "Kalaşnikov" tapançası və 4 avtomat aşkar edilib.
 
Qeyd edək ki, Şeyx Xamzat qanuni oğru Rövşən Lənkəranskinin (Caniyev) il mərasimi üçün avqust ayında Azərbaycana gəlmişdi. Caniyevin qəbirinə baş çəkdikdən sonra qayıdan Şeyx Xamzat 22 avqustda Amsterdam aeroportunda saxlanılmışdı.

Загрузка...
Загрузка...