​“Lənkəranski sağdır” - Rəsmilərimiz xəstəxanaya gedir - FOTOLAR (YENİLƏNİB)

 
Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Rövşən Lənkəranskinin durumu ilə bağlı açıqlama verilib.
 
Xəstəxanadan bildirilib ki, xəstə hazırda reanimasiyadadır: “Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır”.
 
Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir. (aznews.az)
 
***
12:24
Rövşən Lənkəranskiyə yaxın mənbələrdən əldə edilən məlumata görə, məşhur avtoritet doğurdan da aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
 
İlkin məlumatlara görə, killerlər Rusiyadan gəlib və Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqəli olduqları da istisna olunmur. (xalqxeber.az)
 
***
11:06
Musavat.com xəbər verir ki, atışma nəticəsində sürücü və  R.Əliyev ağır yaralanıb. Xəstəxanaya götürülən sürücü ölüb, R.Əliyev isə xəstəxanada həyatını itirib.
 
Onun soyadının Əliyev göstərilməinə gəlincə, bildirilir ki, ata soyadı Canıyev olan Rövşən bir müddət öncə ana soyadını götürüb.
 
Aldığımız məlumata görə, R.Lənkəranski dəfn edilmək üçün Azərbaycana gətirləcək.
 
***
 
Yaxınlarının verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.
 
Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib. (Qafqazinfo)
 
 
***
10:30
 
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri yayılıb.
 
 
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib.
 
Hadisə haqqında Türkiyə medası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.
 
Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.
 
Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-NO-011-dir.