Lənkəranski bu avtomobildən sifariş veribmiş – FOTOLAR

 
Rusiyada tanınmış siyasətçilər, iş adamları, mafiya liderləri və qanunu oğrular üçün nəzərdə tutulan zirehli avtomobillərin kütləvi istehsalına başlanılıb.
 
Publika.az xarici mediaya istindən xəbər verir ki, Rusiya və Estoniyanın birgə “ООО Автокад OOO Combat Armoring Group” şirkəti tərəfindən hazırlanan “Kombat T-98” adlı avtomobilin satış qiyməti 1.5 milyon dollar təşkil edir.
 
Avtomobil 1 tona yaxın yük götürmək qabiliyyətinə malikdir. Avropadakı varlı şahzadələr tərəfindən də maraqla qarşılanan bu avtomobilin əsas özəlliyi almaz qatlı ağ qızılla örtülmüş pəncərəyə sahib olmasıdır.
 
Bundan başqa, 8.1 litrlik və “V8” mühərrikli bu avtomobil gülləyə və partlayıcı maddələrə dözümlü zirehlərlə təchiz olunub.
 
Rusiya mediası yazıb ki, artıq rusiyalı oliqarx Roman Abramoviç və Dubay şahzadəsi də bu avtomobildən hazırlanması üçün istehsalçı şirkətə xəbər göndərib: “Bundan əlavə, bu il avqustun 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski 2015-ci ildə özü üçün “Kombat T-98” model avtomobil sifariş veribmiş”.